Azerbaijan State Academy of Physical Education and Sport

Üzgüçülük üzrə seminar keçirilib

Oktyabrın 29-30-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə ölkə üzrə üzgüçülük məşqçiləri üçün sayca ikinci seminar keçirilib.

Seminarın nəzəri hissədən ibarət olan birinci mərhələsi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunub. 40-a yaxın şəhər və rayondan 200-dək üzgüçülük üzrə məşqçınin iştirak etdiyi tədbiri beynəlxalq dərəcəli məşqçi, Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru İvan Petrov aparıb.

İlk gündə məşqçilər üçün brass və baterflay üzmə üsulları ilə bağlı mühazirə oxunub, bu üsulların tədris olunması yollarının nəzəri bilikləri tədris olunub.

Seminarın ikinci günü praktik məşğələlərlə Bakı Su İdman Sarayında davam etdirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

#ASAPES #İdmanAkademiyası #Üzgüçülük #swimming

News and Events