"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Sağlam həyat saatı” tədbiri keçirilib
Azərbaycan İdman Akademiyasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Sağlam həyat saatı” tədbiri keçirilib
Tələbə və könüllülərlə iş şöbəsi tərəfindən keçirilən tədbirin əsas məqsədi tələbələr arasında fiziki sağlamlığı artırmaq, idman mədəniyyətini formalaşdırmaq və sağlam həyat tərzinə marağı təşviq etməkdir.
Karate üzrə Avropa və Dünya çempionu Elxan Gülmalıyev və Beynəlxalq sertifikatlı peşəkar yoqa təlimçisi Lalə Xancanova tərəfindən canlı master-klasslar, ritmik musiqi sədaları altında fiziki aktivlik, rahatlıq və balans üçün yoqa məşğələsi, güc və dözümlülük üçün fitnes sessiyası təşkil olunub.
Bu tədbir Akademiyanın işçi-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanıb və sağlam həyat vərdişlərinin gündəlik həyata inteqrasiyasının vacibliyinə diqqət çəkib. Təşkilatçılar bildirirlər ki, bu cür maarifləndirici və praktik tədbirlər mütəmadi olaraq keçirilməyə davam edəcək və gənclərin fiziki və mənəvi sağlamlığının inkişafına töhfə verəcək.