Türkiyənin Gənclik və İdman nazirinin müavini ASA-da qonaq olub
İyunun 19-da Türkiyənin Gənclik və İdman nazirinin müavini Enes Eminoğlu Azərbaycan İdman Akademiyasında (ASA) qonaq olub.
Akademiyanın rektoru Fuad Hacıyev və rəhbər heyəti türkiyəli qonağa ASA-nın fəaliyyəti, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat veriblər. Daha sonra Enes Eminoğlu ASA-nın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasında yaradılmış şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev ilə keçirilən görüş zamanı isə iki qardaş ölkə arasında gənclər, idman və təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.