Tələbələrimiz COP 29-da könüllü kimi iştirak edirlər
Azərbaycan İdman Akademiyasının tələbələri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (#COP29) könüllü kimi iştirak edirlər.
COP29 çərçivəsində keçirilən tədbirlərdə könüllü olaraq konfransın işinə vacib töhfələr verirlər.
Qeyd etməliyik ki, bu nüfuzlu tədbir tələbələrə iqlim dəyişikliyi mövzusunda öz biliklərini artırmaq, Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasəti təbliğ etmək, beynəlxalq praktikanı öyrənmək, habelə gələcək peşə həyatlarında əhəmiyyətli təcrübə qazanaraq güclü peşəkar şəbəkə qurmaq fürsəti qazandırır.