Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz beynəlxalq yay düşərgəsində iştirak edib

Tələbə və könüllülərlə iş şöbəsinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasının tələbələri Şəki Olimpiya İdman Kompleksində keçirilən “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi”ndə iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyinin təşkil etdiyi düşərgənin məqsədi qeyri-formal təhsil vasitələri ilə gənclərin beynəlxalq əməkdaşlığını genişləndirmək və mədəniyyətlərarası dialoqun inkişafına dəstək olmaqdır.

Beş gün davam edən düşərgədə peşəkar təlimçilər tərəfindən interaktiv seminarlar və ustad dərsləri keçirilib. Hər iki ölkədən 120-yə yaxın gəncin iştirak etdiyi düşərgədə komanda işinin vacibliyi, liderlik bacarıqlarının inkişafı, fərqli mədəniyyətlər və tolerantlıq kimi mövzular müzakirə olunub.

Xəbərlər