Tələbələrimiz "Azərkosmos"un KOSMİK Akademiyasında
AİA-nın SABAH qruplarının tələbələri 26.01.2025-ci il tarixində "Azərkosmos"un KOSMİK Akademiyasında infosessiyada iştirak ediblər. İnfosessiya KOSMİK Akademiyanın Kosmik elmi layihələr üzrə rəhbəri Səbinə Adilova tərəfindən aparılıb. Görüşdə KOSMİK Akademiyanın gələcək planları, inkişaf tarixi və bu il Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verilib. Builki konqresin əsas mövzusu “Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (Sustainable Space: Resilient Earth) olacaq və bu mövzu kosmos yenilikləri ilə dayanıqlılıq arasındakı əlaqəni araşdıracaq. Tələbələrə IAC 2025 Sidney layihəsi çərçivəsində müraciət forması və seçim meyarları barədə geniş məlumat verilib. Sonra onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ötən il Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edən Azərbaycan İdman Akademiyasının 4 tələbəsi, BAK Azərbaycan Milli Elmi komandanın üzvü olaraq, hal-hazırda Beynəlxalq Astronavtika Konqresi 2025 Mentorluq Proqramı layihəsi çərçivəsində tutor qismində infosessiyalarda iştirak edirlər.