Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Tələbələrimiz AGF-də “Batut gimnastikası” mövzusunda seminarda iştirak etmişdir

Azərbaycan İdman Akademiyası və Azərbaycan Gimnastika Federasiyasının birgə əməkdaşlığı çərçivəsində 26-27 yanvar 2025-ci il tarixlərində Milli Gimnastika Arenasında tələbələr, milli komandanın üzvləri, klub gimnastları və məşqçilər üçün “Batut gimnastikası” mövzusunda 2 günlük seminar keçirilmişdir. Seminarın təlimçisi Alman Gimnastika Assosasiyasının, Avropa Gimnastikasının Batut üzrə Texniki Komitəsinin və Məsləhət Komitəsinin üzvü, professor Patrik Ziqfrid olmuşdur. Seminarın əsas məqsədi batut gimnastikası üzrə əsas texnikalar, atlamalar, kombinasiyalar, bədən mövqeləri və təhlükəsizlik barədə iştirakçılara ətraflı məlumat verməkdən ibarətdir. 

Xəbərlər