Tədqiqatçı alimin yeni kitabı işıq üzü görüb
Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Azərbaycan İdman Akademiyasının fəxri doktor və professorları” adlı yeni kitabı işıq üzü görüb.
Kitabda Azərbaycan İdman Akademiyasında bədən tərbiyəsi və idmanın inkişafını şərtləndirən və təmin edən akademiyanın bədən tərbiyəsi və idman sahəsində maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi strukturlarının yaradılması konkret faktlarla işıqlandırılır. Akademiyada təhsilin dünya və Avropa ali təhsil məkanına inteqrasiyası, respublikanın və xarici ölkələrin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığa dair beynəlxalq və regional səviyyəli müqavilə və ya memorandumların imzalanması, bu məqsədlə dövlət proqramlarının hazırlanması, regional və beynəlxalq idman təşkilatları ilə əlaqələrin qurulması və akademiyanın bu təşkilatlarda fəal iştirakı da kitabda yer alıb.
Kitab İdman Akademiyasında təhsilin dünya təhsil sisteminə və Avropa ali təhsil məkanına inteqrasiyasını belə geniş əhatə edən ilk nəşrdir. Bu baxımdan kitab idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbələr üçün faydalı olacaq. Nəşr Azərbaycan İdman Akademiyasının professor-müəllimləri, tələbələri, kiçik elmi işçiləri, xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan magistr və doktorantları, ali pedaqoji məktəblərin professor-müəllim heyəti, tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.