Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

AİA SABAH tələbə-məzun forumunda

AİA SABAH tələbələri SABAH Tələbə-Məzun forumunda iştirak ediblər. 3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH Tələbə-məzun forumuvə karyera sərgisi keçirilib. Tədbirdə Azərbaycan İdman Akademiyasının Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, SABAH Mərkəzinin rəhbəri Lalə Əhmədova və AİA SABAH tələbələri və məzunları iştirak ediblər. Forumun çərçivəsində SABAH karyera sərgisi,panel sessiyaları, məzunların TEDx formatında çıxışlar təşkil olunub. SABAH Tələbə-Məzun Forumu və Karyera Sərgisiçərçivəsində tələbə və məzunlar arasında Everest intellektual oyunu keçirilib. 10 universitetin iştirak etdiyi oyunun nəticələrinə əsasən Azərbaycan İdman Akademiyasını təmsil edən Stormtroopers komandası BDU, ADPU, SDU, ADMİU, AZTU-nun komandalarını geridə qoyaraq ilk 5-liyə düşüb. Komandanın tərkibini kapitan 2023-cü ilin Fəxri Məzunu Nərmin İbrahimli, üzvlər S422A1 qrupunun tələbələri Həsənova Fatimə, İsmayılov İlkin, S111A1qrupunun tələbəsi Bağırov Əli, S423A1qrupunun tələbələri Seyfulla Fərhad və Quliyev Coşqun təşkil ediblər. 

Xəbərlər