"İmtahan stressinin idarə olunması" mövzusunda maarifləndirici seminar keçirilib
Azərbaycan İdman Akademiyasında Tələbə və könüllülərlə iş şöbəsi və Psixoloji Dəstək Xidmətinin təşkilatçılığı ilə Sosial Elmlər kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatovanın təqdimatında "İmtahan stressinin idarə olunması" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarın məqsədi tələbələrə imtahan dövründə yaranan stressin təsirlərini azaltmaq və onu effektiv şəkildə idarə etmək yollarını öyrətməkdir.
Seminarda Akademiyanın tələbələri imtahan stressinin yaranma səbəbləri, stressi idarə etmə üsulları, effektiv imtahan hazırlığı strategiyaları mövzuları haqqında öyrəniblər.