Məhəmməd Füzulinin 530 illiyi
Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində Sosial elmlər kafedrasının təşkilatçılığı və Elmi innovasiyalar mərkəzinin dəstəyi ilə ədəbi-bədii tədbir və sərgi keçirilib. Tədbirdə Akademiyanın Sosial məsələlər, tələbə-gənclərlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Almaz Ələkbərova, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Elmi katib, elmi innovasiyalar mərkəzinin müdiri Bəxtiyar Rüstəmov, Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova, Sosial elmlər kafedrasının müəllimləri və Elmi innovasiyalar mərkəzinin əməkdaşları iştirak ediblər. Tədbirdə Füzulinin zəngin irsinə nəzər salınıb. Məhəmməd Füzulinin insana dərin məhəbbət aşılayan çoxcəhətli bədii-fəlsəfi irsini mütəfəkkirin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan mənəvi sərvəti kimi qiymətləndirilib. Tələbələrin ifasında şairin yaradıcılığından Azərbaycan, rus və ingilis dillərində poetik nümunələr təqdim olunub və skripkada Üzeyir Həcibəyovun musiqisi səslənib. Sonda dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Fizuilinin 530 illik yubileyinə həsr olunmuş əbədi-bədii tədbirdə fəal iştirak edən tələbələr və tədbirin keçirilməsində tələbələrə göstərdiyi dəstəyə görə Sosial elmlər kafedrasının müəllimləri təşəkkürnamələr ilə təltif edilib.