“İdman sahəsində innovativ yanaşmalar və elmi-tədqiqatlar” mövzusunda konfrans
Azərbaycan İdman Akademiyasında 13.12.2024-cü il tarixində “İdman sahəsində innovativ yanaşmalar və elmi-tədqiqatlar” mövzusunda II Respublika elmi-praktiki konfrans keçirilmişdir. Konfrans 3 elmi istiqamətdən “İdman elmləri”, “Sosial elmlər” və “Tibb və biologiya elmlərindən” ibarət olmuşdur.
Açılışda Akademiyanın Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov çıxış etdi və qonaqları salamladı. Rektorunun əlavə təhsil üzrə müşaviri Firat Hüseynov konfransda idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə ediləcəyini, idmanın inkişaf tendensiyalarını və innovativ yanaşmaların müəyyənləşdiriləcəyini qeyd etdi. İdman menecmenti və kommunikasiya kafedrasıının müdiri Nailə Kələntərli konfransın əsasən 3 elmi istiqamət üzrə “İdman elmləri”, “Sosial elmlər” və “Tibb və biologiya elmlərindən” müzakirələrin aparılıcağını qeyd etdi.
“İdman elmləri” sahəsində I bölmə üzrə “Azərbycan İdman Akademiyasının tələbə və məzunları Yay Olimpiya Oyunlarında”, “Çağırışaqədərki hazırlıq müəllimlərinin hazırlanması zamanı “Azərbaycanın azad olunmuş şəhərləri” mövzusu əsasında akademik və işgüzar kommunikasiya”, “Fiziki tərbiyə prosesində bədən tərbiyəsinin psixoloji səciyyəsi”, “Fiziki tərbiyə dərslərinin təşkili və idarəedilməsində informasiya təminatının rolu”, “İdmançının psixoloji hazırlığında diqqətin rolu”, “Gələcək fiziki tərbiyə müəllimlərinin peşə hazırlığının təkmilləşdirilməsi yolları”, “5-6 Sinif şagirdlərinin fiziki tərbiyə dərslərində idmana marağın artırılması yolları”, “Şagirdlərin hərəki qabiliyyətlərinin inkişaf etdirilməsinin pedaqoji əsasları”, “Fiziki tərbiyə müəllimlərinin peşəkar keyfiyyətlərinin formalaşması yolları”, Fiziki tərbiyədə metodoloji yanaşmalar və innovativ tədris metodları”, “Müasir hərbi idman oyunları”, “Hərbi qulluqçuların ümumi fiziki hazırlığı” və “Orduda fiziki hazırlıq: əhəmiyyəti, prinsipləri və təlim proqramları” mövzusunda iştirakçılar hazırladıqları təqdimatları ilə çıxış etmişdilər.
“Sosial elmlər” sahəsində II bölmə üzrə “Futbol üzrə ibtidai hazırlıq qruplarında (9-10 yaş) fiziki hazırlıq və hərəkət funkisyasının təkmiilləşdirilməsinin tədqiqi”, “Rəqəmsal idarəetmə prinsipləri kontekstində kommunikasiya bacarığı“, “Qanunvericiliyin tələbləri çərçivəsində özünümadafiə fəndlərinin tətbiqi qaydaları”, “Regionlarda idmanın müasir problemləri, inkişaf tendensiyaları və innovativ yanaşmalar”, “Sıra hazırlığının tarixi: Qədimdən müasir dövrə qədər”, “Yeniyetmələrin fiziki tərbiyəsində kütləvi informasiya vasitələrinin rolu”, “Vətən müharibəsinin əfsanələşən həqiqəti: yeni nəsil müharibəsi və PUA-lar", “Hərb tarixi: müharibələrin inkişafı və təkamülü”, “Hərbi topoqrafiyanın tarixi inkişafı: Keçmişdən müasir dövrə qədər”, “Ekstermal şəraitdə yaşam zamanı su təminatı” və “Fiziki tərbiyə prosesində yeniyetmələrin ideya-siyasi tərbiyəsinin formalaşması prosesinin tədqiqi” mövzusunda iştirakçılar hazırladıqları təqdimatları ilə çıxış etmişdilər.
“Tibb və biologiya elmləri” sahəsində III bölmə üzrə “Milli yığma komanda boksçularının məşq dövründəki bioimpedans göstəricilərinin təhlili”, “Fiziki yüklənmə zamanı idmançıların biomexaniki göstəricilərinin dinamikasının tədqiqi”, “Plantar fassiit xəstəliyinin müalicəsinin plantar fassiyanın anatomik quruluşuna təsirinin öyrənilməsi”, “İdmançılarda zədələrdən və fiziki yüklənmələrdən sonra bərpa dövründə bioenerji massaj cihazının istifadəsinin məqsədəuyğunluğu haqqında”, “Fiziki yüklənmələrdə kardiovaskulyar uyğunlaşmalar”, “Olimpiya medalları və milli qürur: Azərbaycan cüdoçuları dünya arenasında” və “Cüdo və sambo idmançılarında çəki atma prosesində qidalanma təhlükəsizliyi” mövzusunda iştirakçılar hazırladıqları təqdimatları ilə çıxış etmişdilər.
Sonda konfransda məruzələr ilə çıxış edən iştirakçılara sertifikatlar ilə təqdim edildi.