“Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerionun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq olub
Aprelin 1-də Azərbaycan İdman Akademiyasında (ASA) “Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerionun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq olub.
ASA-nın rektoru Fuad Hacıyev qonaqlara ali təhsil ocağında tələbələr üçün yaradılan şərait, ikili diplom proqramları barədə ətraflı məlumat verib. Həmçinin rektor Fuad Hacıyev Akademiyanın strateji inkişaf perspektivləri, beynəlxalq miqyasda tanınması, ali təhsilin keyfiyyətinin artırılması məqsədilə konkret addımların atıldığını və bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.
“Gimnastika hamı üçün” Komitəsinin prezidenti Roqerio Valerio ASA-nın peşəkar fəaliyyətini yüksək qiymətləndirib və Akademiyaya uğurlar arzu edib.
Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar.