Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

COP 29-da iştirak edən tələbələrimiz təltif olunublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan İdman Akademiyasının tələbələri 2024-cü ilin noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştiraklarına görə “Təşəkkürnamə” ilə təltif olunublar. Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev təltif edilən tələbələrlə görüşərək onlara təşəkkürlərini bildirib və gələcəkdə də belə mühüm təşəbbüslərdə fəal iştirak etməyə təşviq edib. Akademiyanın rəhbərliyi tərəfindən tələbələrin COP29-da qazandıqları təcrübənin digər həmyaşıdlarına da ilham mənbəyi olacağı qeyd edilib, tələbələrin iştirakı Akademiyanın bu məsələlərə verdiyi əhəmiyyətin və gənc liderlərin yetişdirilməsinə yönəlmiş strategiyasının bir hissəsi kimi dəyərləndirilib.

Xəbərlər