Dilqəm Quliyev: Bakıda keçirilən COP29 – Beynəlxalq idman və Olimpiya oyunlarının əhatə dairəsi
2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul olunub. Sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıblar. Bu sənədi 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Azərbaycan Respublikası Hökuməti də imzalayıb.
2023-cü ilin dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərində COP28-in plenar iclasında bununla bağlı qərar verilib. COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir COP-un növbəti konfransının Azərbaycanda keçiriləcəyini elan edib.
Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcən COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən böyük tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutub.
Dünya dövlətlərinin COP29-un Azərbaycanda keçirilməsini dəstəkləməsi heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycanın bərpaolunan enerji potensialı çox böyükdür və potensialın reallaşdırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin hələ 2004-cü ilin oktyabrın 21-də “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam bu istiqamətdə Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirəcəyinin göstəricisidir.
Xatırladaq ki, Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılışında çıxışı zamanı 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin verildiyini vurğuladı. Dövlətimizin başçısı dedi: “Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.
COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar.
Azərbaycanın təbiətini tərənnüm edərkən ən çox istifadə edilən iddialardan biri də “dünyada olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması”dır. Bəzi mənbələrdə Azərbaycanda 9 iqlim qurşağının olduğu yazılır. Amma əslində, Azərbaycan ərazisi 3 iqlim qurşağında yerləşir.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində Myanma, Haiti, Əfqanıstan, Pakistan, Zimbabve, Sudan, Nikaraqua, Banqladeş, Hindistan və Filippin. Bu ölkələr mütəmadi olaraq sel, quraqlıq, isti hava dalğaları və tufan kimi ekstremal təbiət hadisələri ilə üzləşirlər. Nəticədə biomüxtəlifliyin itirilməsi, məhsul və su qıtlığı kimi hallar baş verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirdi.
Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olundu. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edildi.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirildi.
Qlobal iqlim problemlərini həll etmək üçün dünya liderlərinin toplaşdığı Bakıda keçirilən COP29-a dəvət almaq şərəfli idi. Bunu FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabında yazıb. O, paylaşımında tədbirdə planetin, həmçinin futbolun gələcəyini Prezident İlham Əliyev, bir çox dövlət başçısı və hökumət nümayəndəsi ilə müzakirə etdiyini bildirib. "FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühit və iqlimin qorunmasına ciddi yanaşır. Buradakı tədbirdə iştirak edən hər kəsin ümimi məqsədi var ki, bundan məmnun oldum: uşaqlarımız və onların gələcəyi. FIFA iqlim dəyişikliyi ilə bağlı mühüm qlobal məsələdə öz rolunu oynamağa davam edəcək. Prezident İlham Əliyevə, AFFA-ya və Azərbaycandakı hər kəsə təşəkkür edirəm", - ali futbol qurumunun rəhbəri vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietzko, Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan və Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi ilə görüşündə demişdir: COP29-a hazırlıq vaxtının az olmasına baxmayaraq bütün təşkilati işlərin qısa zamanda həyata keçirilmışdir.
İqlim dəyişikliyi ətraf mühitə və insan fəaliyyətinin bir çox sahələrinə təsir göstərir. Bu sahələrdən biri də idman və Olimpiya oyunlarıdır. Olimpiya oyunlarında iqlim dəyişikliyi səbəbindən idmançılar müəyyən çətinliklərlə qarşılaşırlar. Yayda havaların həddən artıq isti keçməsi, qışda isə soyuq olması atletlərin, təşkilatçıların və eləcə də azarkeşlərin sağlamlığı üçün təhlükə yaradır.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iqlim dəyişikliyinin Qış Olimpiya Oyunlarına təsirindən danışarkən, ciddi narahatlıq olduğunu bildirib:
“2040-cı ilə qədər yalnız 10 Milli Olimpiya Komitəsi Qış Olimpiya Oyunlarına ev sahibliyi edə biləcək. Bu rəqəmlər daha da aydın göstərir ki, iqlim dəyişikliyinin qış idman növlərinə bu dramatik təsirini çox tez aradan qaldırmalıyıq.
Bu çox mürəkkəb məsələdir və onu düzgün həll etmək üçün bizə daha çox vaxt lazımdır. Bu, 2030 və 2034-cü il Qış Olimpiya Oyunlarının iki ölkə arasında bölüşdürülməsi təklifinin yaranma səbəblərindən biridir”.
Gənclər və İdman Nazirliyində COP29-da iştirak etmək üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş keçirilib. “Qarabağ”ın təklifini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirən nazir Fərid Qayıbov COP29 çərçivəsində artıq bir çox futbol ulduzunun və mütəxəssisin Azərbaycana gəldiyini xatırladıb. Görüş zamanı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.
20 noyabr 2024-cü ildə COP29-un Mavi zonasında “Gənclər ilə yaşıl gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycandakı gənclər və idman siyasətində dayanıqlı inkişafa dair atılan addımlar barədə məlumat verib, idman və təbiət mövzularının vəhdət təşkil etdiyini bildirib. Daha sonra nazir COP29-un Mavi zonasında “İqlim fəaliyyəti üçün gənclərin gücləndirilməsi: Ambisiyalar, karyeralar və qlobal təsir” mövzusunda keçirilən tədbirdə iştirak edib. Tədbirdə, həmçinin gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iştirak ediblər.
COP29 iqlim tədqiqatçıları, dövlət rəsmiləri və ekoloji aktivistlər üçün bir platforma olmaqla yanaşı, təhsil sahəsində də əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.
Azərbaycan da bu önəmli qlobal tədbirin iştirakçısı olaraq öz töhfəsini verir. Lakin iqlim böhranının həllində təhsilin rolu misilsizdir.
COP29 çərçivəsində əldə edilən uğurları Azərbaycan təhsilinə daha dərindən inteqrasiya etmək mümkündür. Azərbaycan bu sahədə də beynəlxalq təcrübəyə uyğun olaraq öz təhsil sistemini təkmilləşdirməlidir. Bu cür Beynəlxalq tədbirlər təhsilin gələcəyi ilə bağlı bir neçə əsas istiqamətdə əhəmiyyət kəsb edir. Ümumiyyətlə, COP29 kimi qlobal tədbirlər iqlim problemlərinin təhsil sistemlərinə inteqrasiyasını gücləndirərək gənc nəsilləri bu qlobal çağırışa hazırlamaq üçün mühüm bir platforma yaradır.
Təhsil siyasətinə təsir, tədris proqramlarının yenilənməsi, müəllim hazırlığı, təhsil müəssisələrinin rolu, tələbələrin iştirakının artması.
Noyabrın 18-də COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel müzakirəsində Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir. Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir.
Təhsildə belə yanaşma gələcək nəsillərin iqlim böhranına qarşı həssas, məlumatlı və məsuliyyətli fərdlər kimi yetişdirilməsinə şərait yaradacaq. Bu möhtəşəm tədbir vasitəsilə həm də xarici tələbələrin ölkəmizdə təhsil almasına müsbət təsir göstərəcək. Belə ki, tədbirə gələn xarici ölkələrin rəsmi nümayəndələri Azərbaycanla, həmçinin təhsil sahəsində əməkdaşlıq etməkdə maraqlı olacaqlar. Göründüyü kimi, iqlim məsələləri təhsil vasitəsilə geniş imkanlar yaradır, həm də elmə əlavə impulslar gətirir”.
İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.
“Dünyada sərt iqlim dəyişməsi, yeni fəlakətlər, yeni xəstəliklərin əmələ gəlməsi ətraf mühit idmançıların sağlamlığı üçün ciddi xəbərdarlıqdır. Bunu nəzərə alaraq, müvafiq təşkilatlar tərəfindən mütəmadi tədbirlər görülür. Problemlərin həlli yolunda bu cür görüşlərin keçirilməsi olduqca vacibdir.”
Bu da fərdlərə psixoloji və fizioloji təsir göstərir. Araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin yaratdığı fəlakətlər idmançıların və Olimpiyaçıların fiziki və psixoloji sağlamlığına ciddi təsir göstərir.
İqlim dəyişikliyi həyatımızın hər sahəsində qeyri-müəyyənlik hissi yaradır. Bu qeyri-müəyyənlik iqlim dəyişikliyinin idmançıların həm psixoloji, həm də fizioloji cəhətdən gündəlik həyatına təsir edən çoxşaxəli fenomenə çevrilməsinə səbəb olur. Gün ərzində temperaturun dəyişməsi və ya gözlənilməz tufan kimi qəfil hava dəyişiklikləri idmançıların və Olimpiyaçıların sağlamlıq üçün risklər yaradır. Bu qəfil dəyişikliklər bədənin termorequlyasiya sistemini gərginləşdirə bilər, ürək-damar sağlamlığına təsir edir və tənəffüs şəraitini çətinləşdirir.
İqlim və ətraf mühit dəyişikliklərinin beyinə və idmançıların davranışına təsirini araşdırmaq üçün Azərbaycan İdman Akademiyasında, İdman təmayüllü məktəbində Olimpiya Ehtiyat Qüvvələrində, Uşaq Gənclər İdman Məktəblərində və başqa tədris ocaqlarında nevroloji tədqiqat mərkəzləri yaradılması məqsədə uyğundur. Bu mərkəzlər iqlim dəyişikliyinin fərdlərə psixoloji və fizioloji təsirləri haqqında daha çox öyrənmək məqsədi daşıyır. Təhsil müəssisələri COP29 kimi tədbirlərdən sonra ekoloji cəhətdən davamlı fəaliyyətləri təşviq edən təhsil ocaqları bilik, bacarıq və vərdişlərinı inkişaf etdirmək üçün müxtəlf ixtisaslar üzrə proqramlar qəbul edə bilər. Bu da tələbələr üçün canlı bir nümunə olaraq onların iqlim dəyişiklikləri haqqında biliklərini artırır.
Bədən tərbiyəsi və idmanla məşğul olan insanlar ürək xəstəlikləri və xərçəng kimi bir sıra xəstəliklərdən az əziyyət çəkirlər. Bundan əlavə, onların sağlam bədən çəkisi və toxuma tərkibinə malik olma ehtimalı daha yüksəkdir.
“İqlim dəyişikliyi idmançıların sağlamlığına dərin təsir edir, onu birbaşa və dolayı yolla təsirləndirir. İqlim dəyişikliyi həmçinin qida təhlükəsizliyini təsirləndirə bilər ki, idmançıları qida ilə əlaqədar xəstəliklərə səbəb olan çirklənmiş qidalara məruz qoya bilər. İqlim dəyişikliyi idmançıların sağlamlığına əsas təhdid təşkil edir, fiziki mühitə və həm təbiət, həm də idmançıların bütün aspektlərinə təsir edir. Ona görə də bu, təhlükənin çoxaldıcı faktoru olaraq xidmət edir, on ildən çox sağlamlıq tərəqqisini ( inkişafını) zəiflədir və potensial olaraq geri çevirir.
COP29 çərçivəsində əldə edilən uğurları Azərbaycan təhsilinə daha dərindən inteqrasiya etmək üçün Azərbaycan ilə Beynəlxalq Olimpiya Akademiyası arasinda beynəlxalq təhsil sahəsində əlaqələri möhkəmləndirmək, Olimpiya fəlsəfəsi və ideologiyasını dövlətlər və insanlar arasında yaymaq, bütün dünya üzrə Olimpiya əhval-ruhiyyəsinin yayılması və Olimpiya Hərəkatının prinsiplərinin təcəssüm edilməsi, beynəlxalq idman aləmində Azərbaycanı fəal ölkəyə çevirmək, bədən tərbiyəsi və idman hərəkatını genişləndirmək, bədən tərbiyəsi və idmanla məşğul olanların sayını ildən-ilə artırmaq, bədən tərbiyəsi və idmanın qızlar arasında daha geniş və təsirli inkişafına nail olmaq, sağlamlıq imkanları məhdud olan insanların (əlillərin) daha çox hissəsini bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb etmək, bütün regionlarda, xüsusən kənd rayonlarında idmanın inkişafı üçün spesifik əməli tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, imkansız ailələrdən olan uşaq və yeniyetmələrin bədən tərbiyəsi və idmanla daha kütləvi, ödənişsiz məşğul olmalarına şəraitin yaradılması, onların idmanda qalmaları və uğur qazanmaları, bununla da həyatlarını zənginləşdirə bilmələri üçün konkret tədbirlərin planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi, dağ şəraitinə adaptasiya zamanı hərəkətlərin koordinasiyasına əməl etməsi, sürətli həyat tempi, ekologiyasının dəyişilməsi, informasiya və texniki xarakterli gərginliyin artmasına əməl etməsi, idmançıların davamlı sağlam həyat tərzini formalaşdırmaq üçün, hər bir idmançı sağlamlığını qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur.