Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“ComplexCore+” təşkilatının icraçı direktoru Roman Yahoda ASA-da silsilə təlimlər keçib

Azərbaycan İdman Akademiyasında (ASA) 17-18 may tarixlərində Avstriyanın “ComplexCore+” təşkilatının icraçı direktoru və Akademiyanın “Bədən tərbiyəsi və idmanda reabilitasiya” proqramı üzrə məsul şəxsi Roman Yahoda tərəfindən üçsəviyyəli “ComplexCore+” təlimi keçirilib.

 

Üçsəviyyəli təlim proqramının məqsədi iştirakçıların bədən gövdəsi, yuxarı və aşağı ətraflar üçün uyğun fiziki hərəkətləri seçməklə bərpa terapiyasını və məşq prosesini planlaşdırmaq bacarıqlarını inkişaf etdirməkdir.

 

19-23 may tarixlərində Roman Yahoda tərəfindən ASA-da silsilə seminarlar təşkil edilib. Seminarlar “Fizioterapiya” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub və “Fizioterapiya”, “Əzələ funksiyasının müayinəsi”, “Reabilitasiya. Giriş”, “Onurğa reabilitasiyası”, “Çanaq reabilitasiyası”, “Çiyin reabilitasiyası”, “İdman müalicəsi (idman masajı, manual terapiya)”, “Reabilitasiyanın mərhələləri” mövzularını əhatə edib. 

 

Mayın 23-də isə “ComplexCore+” təşkilatının icraçı direktorunun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məşqçi, fizioterapevt və həkimləri, eləcə də ASA tələbələri üçün “Futbolda reabilitasiya” mövzusunda seminarı baş tutub.

 

Azərbaycan İdman Akademiyası “ComplexCore+” ilə bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa çalışır və beynəlxalq təcrübənin tətbiqi ilə ölkədə reabilitasiya sahəsinin inkişaf istiqamətini və gələcək perspektivlərini aydın şəkildə nümayiş etdirmək niyyətindədir.

 

Xəbərlər