Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasının tələbələri “Yay Fest”-də iştirak ediblər

Tələbə və könüllülərlə iş şöbəsinin dəstəyi ilə Azərbaycan İdman Akademiyasının tələbələri Şamaxıda keçirilən “Yay Fest” festivalında iştirak ediblər. Çadır tipli düşərgə formatında təşkil olunan Yay Fest Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İDEA” İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin müxtəlif sahələrdə yaradılan imkanlardan faydalanmasını təşviq etmək, onların inkişafına, asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə dəstək olmaqdır. Bundan başqa festival, ölkənin müxtəlif bölgələrindən gələn gənclərin şəbəkələşməsi və sosiallaşmasına şərait yaradır.

Festival boyunca tələbərimiz maraqlı fəaliyyətlərdə iştirak edərək yeni biliklər öyrənib, fərqli bacarıqlar qazanıb və bir çox yeni dostluqlar qurublar.

Qeyd edək ki, festival çərçivəsində keçirilən düşərgələr ərzində Azərbaycan könüllülərinin iştirakı ilə "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı altında fləşmob da keçirilib.

Xəbərlər