Azərbaycan İdman Akademiyasının tələbələri üçün Heydər Əliyev İdman Konsert Kompleksindəki buz arenasında "Ocaq Sport" Klubunun yeni açılan körlinq bölməsi üzrə ustad dərsləri təşkil edilib
Azərbaycan İdman Akademiyasının tələbələri üçün Heydər Əliyev İdman Konsert Kompleksindəki buz arenasında "Ocaq Sport" Klubunun yeni açılan körlinq bölməsi üzrə ustad dərsləri təşkil edilib.
Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadənin bildirdiyinə görə, ustad dərsləri Akademiyanın tələbələri üçün qış idman növlərinə olan həvəsi artırmaq və bu idman sahəsinə marağı genişləndirmək üçün böyük bir fürsət olub. Ustad dərsləri çərçivəsində tələbələr körlinq idman növünün əsas qaydaları, texniki bacarıqları və strategiyaları haqqında ətraflı məlumat alıblar. Təcrübəli mütəxəssis tərəfindən tələbələrə körlinqin xüsusiyyətləri, komanda işinin və dəqiqliyin bu idman növündəki önəmi izah edilib. Tələbələr yalnız nəzəri biliklərlə məhdudlaşmayaraq, praktiki şəkildə körlinqi sınaqdan keçirmək imkanı da əldə ediblər.