Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasının rektoru Rusiya Federasiyasında Elm və Texnologiyalar Onilliyi çərçivəsində və Tatarıstan Respublikasında Elmi-Texnoloji İnkişaf İlinə həsr olunmuş konfransda iştirak edib

25 oktyabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev Rusiya Federasiyasında Elm və Texnologiyalar Onilliyi çərçivəsində və Tatarıstan Respublikasında Elmi-Texnoloji İnkişaf İlinə həsr olunmuş konfransda iştirak edib.


Gimnastika, rəqs idmanı və fitnes sahələrində idman və sağlamlıq təliminin mövcud vəziyyəti, problemləri və təkmilləşdirilməsi yolları mövzusunda olan konfransda Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev vəPovoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti inin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baş tutub. Konfrans çərçivəsində həmçinin hər iki ali təhsil ocağı arasında elmi-praktik əlaqələrin gücləndirilməsi və idman təliminin inkişafı mövzusunda fikir mübadiləsi aparılıb.

Konfransda çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev iki ali təhsil müəssisəsi arasında bu ilin aprelində imzalanmış memorandum və məşqçilik ixtisası üzrə bakalavr səviyyəsində birgə təhsil proqramının idman təhsili sahəsində yeni imkanlar yaratdığını vurğulayıb. Fuad Hacıyev onu da qeyd edib ki, bu əməkdaşlıq Azərbaycan gənclərinin peşəkar idman təhsili sahəsində beynəlxalq təcrübə qazanmasına və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verəcək.

Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov çıxışında qeyd edib ki, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq hər iki ölkədə idmanın inkişafına və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Konfras çərçivəsində Azərbaycan İdman Akademiyası və Povoljya Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universiteti arasında birgə layihələrin davam etdirilməsi və idman sahəsində elmi-praktik əlaqələrin daha da genişləndirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Xəbərlər