Azərbaycan İdman Akademiyasının Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva Portuqaliyaya işgüzar səfər edib
Azərbaycan İdman Akademiyasının Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva Portuqaliyaya işgüzar səfər edib. Səfər zamanı Portuqaliyanın nüfuzlu Porto Universitetində bir sıra rəsmi görüşlər keçirən prorektorun iştirakı ilə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı inkişaf imkanlarını müzakirə edilib.
Porto Universitetinin İdman fakültəsinin dekanı Prof. Dr. Antonio Manuel Fonseka ilə doktorantura və magistratura səviyyələrində elmi rəhbərlik istiqamətində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılaraq birgə elmi tədqiqatların təşviqi və gənc tədqiqatçılar üçün yeni imkanların yaradılması üzrə imkanlar nəzərdən keçirilib.
Səfər zamanı Porto universitetinin İdman fakültəsinin infrastrukturu ilə tanış olan Ülkər Babayeva həmçinin universitet müəllimləri tərəfindən modul əsaslı tədrisin həyata keçirilməsi məsələləri üzrə müzakirə aparıb.
Görüşdə, həmçinin, tələbələr və müəllimlər arasında mobillik imkanlarının genişləndirilməsi, inzibati və akademik heyət üçün təlimlərin təşkili ilə bağlı təkliflər nəzərdən keçirilib.
Sonda hər iki ali təhsil müəssisəsi arasında gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün konkret öhdəliklər müəyyən edilib.