Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasında 2 Fevral - Gənclər günü münasibətilə tədbir keçirilib

Azərbaycan İdman Akademiyasında 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin tarixindən, gənclərin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Dövlət Gənclər siyasətinin rolundan ətraflı danışılıb.

Qeyd edilib ki, məhz Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlmiş fərman və sərəncamlar, dövlət proqramları qəbul edilib. Bu gün dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.

Daha sonra ölkəmizdə gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Sonda Akademiyanın ictimai işlərində fərqlənən bir qrup tələbəsinə sertifikatlar təqdim edilib.

Xəbərlər