Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyası yeni tədris ilinə hazırdır!

Sentyabrın 16-da Azərbaycan İdman Akademiyasının rəhbərliyi 2024/2025-ci tədris ilinə qəbul olan tələbələrlə görüşərək yeni tədris ilinin başlanması münasibətilə rəsmi tədbir keçirib.

Akademiyanın stadionunda müxtəlif fakültələr üzrə keçirilən rəsmi tanışlıq görüşlərinin açılışını Akademiyanın Tədris işləri üzrə prorektoru Rafail Novruzov edib. Akademiyaya yeni qəbul olan tələbələri ilk dərs günü münasibətilə təbrik edən prorektor onlara təhsildə və tələbə həyatında uğurlar arzulayaraq, Akademiyanın ictimai həyatında fəal iştirak etməyə dəvət edib.

Dekanlıqlar, Tələbə və könüllülərlə iş şöbəsi və Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilən görüşlərdə Akademiyanın rəsmiləri tələbələrə nizam-intizam qaydaları, dərs cədvəlləri və tələbə həyatı ilə bağlı ətraflı məlumat veriblər.

Tədris ilinin hər bir tələbə üçün məhsuldar və uğurlu keçəcəyinə inanır və bütün tələbələrimizə uğurlar arzulayırıq!

Xəbərlər