Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyası rəhbərliyi xarici rəsmi qonaqlar ilə görüş keçirib

Akademiya rəhbərliyi Hertfordshire Universitetinin Qlobal Tərəfdaşlıqlar, Qlobal Təcrübə və Xaricdə Təhsil üzrə Direktoru Jon Drayver, Cüdo Təhsili üzrə Professor Mayk Kallan, və Azərbaycan Cüdo Federasiyasının əməkdaşı Orxan Oruczadə ilə görüş keçirib.

Görüşdə tərəflər arasında ikili diplom və digər gələcək proyektlər ətraflı müzakirə edilib. Görüşdən sonra qonaqlara Akademiyada ekskursiya təşkil olunub, onlar Akademiyanın yeni laboratoriya və media mərkəzi ilə tanış ediliblər.

Xəbərlər