Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA-nın rektoru Fuad Hacıyev Azərbaycan Tələbə Liqasının çempionları ilə görüşüb

Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev 2024/2025-ci il mövsümündə Azərbaycan Tələbə Liqasının çempionu olmuş tələbə-idmançılarla görüşüb. 

Görüşdə ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov, elmi katib, professor Bəxtiyar Rüstəmov, Komanda idman növləri kafedrasının müdiri İlqar Əliyev, məşqçi heyəti və komandanın üzvləri iştirak ediblər. 

Rektor Fuad Hacıyev tələbələri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.  

Xəbərlər