ASA-nın pedaqoqu Polşanın Krakov şəhərində və NDU-da yerləşən inklüziv təhsil mərkəzlərində görülən nəzəri və praktik məlumatları müqayisəli şərh edib
Aprelin 15-də Azərbaycan İdman Akademiyasının (ASA) İnklüziv işçi qrupunun sədr müavini, inklüziv təhsil üzrə təlimçi, korreksiyaedici pedaqoq Aynur Abdullayeva Polşanın Krakov şəhərində və Naxçıvan Dövlət Universitetində yerləşən inklüziv təhsil mərkəzlərində görülən nəzəri və praktik məlumatları müqayisəli şərh edib.
ASA-nın bir qrup müəllim və işçi heyətinə "Sağlamlıq imkanları məhdud olan kiçik yaşlı məktəblilərin cəmiyyətə adaptasiyası üçün Polşa təcrübəsinin tətbiqi" mövzusunda geniş məlumat verilib. Korreksiyaedici pedaqoq Aynur Abdullayeva həmçinin iştirakçılarla Naxçıvan Dövlət Universitetindəki inklüziv təhsil mərkəzində görülən işlər haqqında təəsüratlarını bölüşüb.
Bundan başqa ASA-nın inklüziv təhsil üzrə təlimçisinin Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi “İnklüziv təhsil: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda I Respublika elmi konfransında məruzəsi media tərəfindən geniş marağa səbəb olub.