ASA-da “İdman datası üçün etibarlı süni intellekt platforması” adlı təlim keçirilib
Mayın 23-də Azərbaycan İdman Akademiyasında "Trusted AI platform for sport data" (“İdman datası üçün etibarlı süni intellekt platforması”) adlı təlim keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan İdman Akademiyasının Elm və innovasiya üzrə prorektorunun müşaviri Nailə Kələntərli qonaqları salamlayaraq, OriginTrail ChatDKG platforması haqqında ətraflı məlumat verib. O, sözügedən platformada yeni verilənlər bazasının yaradılması ilə bağlı verilənlərin düzğün toplanması, ötürülməsi və təhlili haqqında danışıb.
Təlimdə iştirak edən Avropa İdman Gimnastikası Federasiyasının vitse-prezidenti, Sloveniyadan olan Edvard Kolar çıxış edərək, yaradılan yeni platformanın məqsədi, əhəmiyyəti və mühüm rolu barədə təlim iştirakçılarını məlumatlandırıb.
Təlim OriginTrail şirkətinin qurucusu Tomaz Levak tərəfindən aparılıb. Qeyd edək ki, bu təlim Azərbaycan İdman Akademiyasının Sloveniyada FitBack Europe platforması əsasında AzerFIT-in qurulması üzrə təlimini uğurla başa vurmuş tələbələr üçün təşkil olunub.