Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir

Azərbaycan İdman Akademiyasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir.

AİA-da tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramı üzrə təhsil alan II tədris ili tələbələrinin magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir. Müdafiə tərkibi rektorun əmri ilə təsdiq edilmiş İxtisaslaşdırılmış Şura üzvləri tərəfindən qrafikə uyğun olaraq foto və video çəkiliş aparılmaqla təşkil edilmişdir. Magistrantlar apardıqları tədqiqatlara dair təqdimatlarla çıxış etmiş, əldə etdikləri nəticələrin elmi və praktik əhəmiyyəti, tətbiqi yolları haqqında danışmış, verilən sualları ətraflı cavablandıraraq dissertasiya işlərini uğurla müdafiə etmişlər.

Onu da qeyd edək ki, tədris müddəti 1il 6 aylıq olan bu ixtisaslaşma üzrə dərslər Akademiyanın müasir teleradio avadanlıqları ilə təchiz edilmiş Medialabda Böyük Britaniyanın Lafbora Universiteti, Qrinviç Universiteti, İtaliyanın Berqamo Universiteti və digər nüfuzlu yerli və xarici ali təhsil müəssisələri və media mərkəzlərinin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən aparılmışdır.

“İdman jurnalistikası” ixtisaslaşması üzrə təhsillərini başa vuran məzunlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Xəbərlər