Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

AIESEC Azərbaycan təşkilatı tərəfindən ASA tələbələri üçün infosessiya təşkil edilib

Mayın 6-da AIESEC Azərbaycan təşkilatı tərəfindən Azərbaycan İdman Akademiyası (ASA) tələbələri üçün infosessiya təşkil edilib. İnfosessiyada tələbələrlə yanaşı, ASA-nın gənc müəllimləri və inzibati işçiləri də iştirak ediblər. 

Bildirilib ki, AIESEC təşkilatının əsas məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihə idarəetməsi, maliyyə və insan resursları kimi bir çox sahədə bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Qeyd olunub ki, AIESEC Azərbaycan dörd mübadilə proqramı həyata keçirir: "Global Volunteer" (Qlobal Könüllü), "Global Teacher" (Qlobal Müəllim), "Global Talent" (Qlobal İş) və "Global Host" (Qonaq Ailə). Təşkilat artıq 17 ildir ki, minlərlə gənci bu proqramlar vasitəsilə xaricə göndərir və eyni zamanda xaricdən iştirakçı qəbul edərək Azərbaycan cəmiyyətinin inkişafına töhfə verir.                                    

Görüş zamanı AIESEC Azərbaycan təşkilatının nümayəndələri mübadilə proqramları barədə iştirakçılara ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

 

Xəbərlər