Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA-da reytinq qiymətləndirilməsinin meyarları müzakirə edilib

İyunun 5-də Keyfiyyət təminatı şöbəsi və Tədris hissəsinin birgə təşəbbüsü ilə ali təhsil müəssisələrində differensial əmək haqqının tətbiqi və ADBTİA-nın Strateji İnkişaf planında qarşıya qoyduğu məqsədlərdən irəli gələrək professor-müəllim heyətinin illik reytinq qiymətləndirilməsi meyarları üzrə müzakirəsi istiqamətində görüş keçirilmişdir.

Görüşdə sentyabr ayından qüvvəyə minməsi planlaşdırılan akademik heyətin illik fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı reytinq cədvəli iştirakçılara təqdim olundu. İştirak edən fakültə dekanları və kafedra müdirləri məsələyə ümumi münasibətlə yanaşı irad və təkliflərini də bildiriblər.

İştirakçılar irad və təklifləri nəzərə alaraq dəyişikliklər edilməsi ilə bağlı razılığa gəldilər.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər