Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES SABAH qrupu tələbələrinə “Sosial media və ictimaiyyətlə əlaqələr” mövzusunda dərs keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH QRUPU “İdman menecmenti və kommunikasiya” ixtisası üzrə təhsil alan III kurs S140A1 qrupunun “İdmanda media və ictimaiyyətlə əlaqələr” fənnini tədris edən dosent Vəfa İsgəndərovanın dəvəti ilə dərsində Anadolu Universitetinin “İctimaiyyətlə əlaqələr və marketinq” ixtisası üzrə məzunu, SMOR şirkətinin PR və Marketinq üzrə rəhbəri Comərd Rüstəmli qonaq olub.

Sosial media və ictimaiyyətlə əlaqələr mövzusunda söhbət aparan mütəxəssis, mövzu ilə bağlı brendin qurulması, özəl və dövlət şirkətlərinin PR şöbələrinin sosial mediada fəaliyyət prinsipləri haqqında tələbələrə geniş məlumat verib, yaratdığı startaplarla bağlı müzakirələr aparıb. Dərs tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH

Xəbərlər