Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES əməkdaşlarına sertifikatlar təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunan təlimlərdə iştirak edən akademik və inzibati heyətin martın 15-də mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov təmsil etdiyi qurumun bu vaxta qədər təlim xidmətləri sahəsində gördüyü işlər barədə məlumat verib. O, Agentlik tərəfindən ali təhsil müəssisələrinin inkişafına yönəldilən belə təlimlərin keçirilməsinə hər zaman xüsusi dəstək verildiyini bildirib.

Daha sonra təlimi uğurla başa vuran bir qrup akademik və inzibati heyət Agentlik tərəfindən sertifikatla təltif edilib.

 

Xəbərlər