Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “Sən varsansa, həyat var” devizi altında görüş keçirilib

Martın 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası müvafiq dövlət qurumlarının dəstəyi ilə yeniyetmə və gənclərlə zərərli vərdişlər əleyhinə “Sən varsansa, həyat var” adlı layihə çərçivəsində görüş keçirib.

Layihə çərçivəsində əvvəlcə narkomaniya və zərərli vərdişlər əleyhinə fotosərgiyə baxış olub. Giriş sözü çıxış edən layihə rəhbəri, Fəlsəfə üzrə doktor Vəsilə Möhsümova iştirakçılara layihənin əsas məqsədləri barədə məlumat verib.

Daha sonra iştirakçılara keçmişdə narkotik vasitələrdən istifadə edən, amma özündə güc taparaq bu bəladan xilas olan şəxslərin bugünkü həyatından bəhs edən videoçarx nümayiş etdirilib. Mövzu ətrafında edilən çıxışlardan sonra Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının rəhbəri Asəf Məlikov, təhsil üzrə ekspert Adil Vəliyev, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərləri gənclərin çoxsaylı suallarını cavablandırıblar.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər