Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də tələbələr üçün növbəti seminar keçirilib

Martın 15-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının SABAH Mərkəzinin təşkilatçılığı ilə ASAPES SABAH qruplarının müəllimi, Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli tərəfindən SABAH qrupları “Məşqçilik” S111A1 və “İdman menecmenti və kommunikasiya” S140A1 qruplarında təhsil alan tələbələr üçün “İdman kommunikasiyasında sosial məsələlər” mövzusunda seminar təşkil edilib.

Seminarda “İdmançı davranışı”, “İdmanda ənənə amili”, “Gender faktoru”, “Xüsusi əhali və idman”, “Dopinq və zorakılıq”, “Etnik mənsubiyyət və idman”, “İctimai mövqeyin idmançının həyatında rolu” kimi mövzular ətrafında tələbələrlə müzakirələr aparılıb.

#ASAPES #İdmanAkademiyası #SABAH #ASAPESABAH #Students #Tələbələr

Xəbərlər