Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Britaniyalı mütəxəssis ASAPES-də “Hərəki fəaliyyətin fiziologiyası” modulunu tədris edib

Böyük Britaniyanın “İnsan sağlamlığı və fəaliyyəti mərkəzi”nin (Center for Health and Human Performance) idman fiziologiyası üzrə laboratoriyasının meneceri və aparıcı-fizioterapisti Ceyms Peyt (James Pate) ASAPES-in magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının I tədris ili magistrantlarına (həkim–mütəxəssislərə) “Hərəki fəaliyyətin fiziologiyası” modulunu tədris edib.

Martın 11-də başlayan tədris prosesi 4 gün davam edib və Akademiyanın Elmi-tədris laboratoriyasında həyata keçirilib.

#ASAPES #İdmanAkademiyası #SportAcademy #Lab #Master #Sport

Xəbərlər