Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Böyük Britaniyanın aparıcı mütəxəssisi ASAPES-də Erqospirometriyaya dair təlim keçib

Böyük Britaniyanın tanınmış mütəxəssislərindən olan, “İnsan sağlamlığı və fəaliyyəti mərkəzi”nin (Centre for Health and Human Performance) idman fiziologiyası üzrə laboratoriyasının meneceri və aparıcı fizioterapisti Ceyms Peyt (James Pate) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Elmi-tədris laboratoriyasının əməkdaşları üçün Erqospirometriyaya (Cardiac-pulmonary exercise test) dair təlim keçib.

Nəzəri və praktiki hissələrdən ibarət olmaqla 2 gün davam edən təlim zamanı cihazın düzgün istifadə təlimatı, kalibrə olunması, yüksək keyfiyyətli nəticələrin çıxarılması, onların analizi və intrepretasiyası, həmçinin digər vacib məqamlar müzakirə olunub. Təlimin sonunda britaniyalı mütəxəssis əməkdaşları maraqlandıran sualları cavablandırıb.

#ASAPES #İdmanAkademiyası #İdmanReabilitasiyası #SportRehabilitation #Sport #İdman #Lab

Xəbərlər