Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir

İkili diplom proqramı çərçivəsində MGİMO-ya ezam edilən magistrlarımız üçün İqtisadiyyat elmləri kafedrasının dosenti, "Sport Communication" şirkətinin marketing direktoru və idarəedici partnyoru Andrey Malıqin tərəfindən tədris olunan "İdman marketinqi" fənninin təlim sessiyasına başlanılıb.

"İdman menecmenti" ixtisası üzrə təhsil alan tələbələrimiz dərslər zamanı müasir marketinq anlayışı, idman marketinqi ilə bağlı problem və digər məsələlərin həlli yolları, idman marketinqinin idarə edilməsi prosesleri və “SOVATİC" modeli ilə tanış olurlar.

#ASAPES #İdmanAkademiyası #MGİMO #Master #Students

Xəbərlər