Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Qalib tələbələrimiz təltif edilib

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirinin qalibi olan ASAPES komandasının məqşçi və oyunçu heyəti bu gün akademiyanın rəhbərliyi tərəfindən mükafatlandırılıb.

ASAPES-in İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov futbolçuları təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

#ASAPES #İdmanAkademiyası #Futbol #Tələbələr #Students #Komanda #Team

Xəbərlər