Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES SABAH əməkdaşları təlimlərdə iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin əməkdaşları və yeni fəaliyyətə başlayan müəllimləri üçün peşə, bilik, praktiki bacarıqlar və dünyagörüşünün davamlı inkişaf etdirilməsinə dair təşkil etdiyi təlimlərdə ASAPES SABAH Mərkəzinin əməkdaşları və ASAPES SABAH tədrisinə yeni cəlb edilmiş müəllimlər iştirak edib.

Təlimlər zamanı “Təhsildə süni intellekt”, “Jurnallarda məqalələrin çap olunma qaydaları”, “Təhsil qanunvericiliyinin praktik məsələləri və son yeniliklər”, “Müəllim-tələbə münasibətlərində səmərəli ünsiyyət və sosial-emosional səlahiyyətlər” mövzuları ətrafında müzakirələr aparılıb.

#ASAPES #İdmanAkademiyası #SABAH #Təhsil #Education #Müəllim #Teacher

Xəbərlər