Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES SABAH tələbələri “Sumqayıt” FK-da təcrübə keçiblər

ASAPES SABAH tələbələrinə “İdman və informasiya hüququ” fənnini tədris edən Elcan Həsənlinin rəhbərliyi ilə Akademiyamızın bir qrup tələbəsi noyabrın 5-də “Sumqayıt” Futbol Klubunda olub. Ziyarət zamanı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov tələbələrin hər birinə onların adları yazılmış vəsiqələri təqdim edib.

Azərbaycan Premyer Liqasının 13-cü turunun həmin gün baş tutan “Sumqayıt” – “Neftçi” oyunundan əvvəl qarşılaşmaya hazırlıq prosesi ilə tanış olan tələbələrimiz AFFA nümayəndəsi tərəfindən keçirilən oyunöncəsi iclasda da iştirak ediblər. Matç başa çatdıqdan sonra isə təmsilçilərimiz oyunsonrası mətbuat konfransına qatılıblar.

Noyabrın 16-da yenidən “Sumqayıt” FK-da olan ASAPES SABAH tələbələri klubun akademiyasında baş tutan məşq prosesinin fotoçəkilişlərini həyata keçiriblər. Klub əməkdaşlarının köməkliyi ilə fotomontaj işləri həyata keçirildikdən sonra çəkilmiş fotolar “Sumqayıt” FK-nın sosial media hesablarında paylaşılıb.

Ziyarətin sonunda tələbələrimizə klub adından xatirə hədiyyələri təqdim olunub.

Xəbərlər