ASAPES-in professor-müəllim heyəti şəhid ailələrini ziyarət edib
8 noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) professor-müəllim heyəti ali təhsil ocağının II Qarabağ müharibəsində şəhid olan 14 məzununun ailəsini ziyarət edib.
Akademik heyət respublikamızın müxtəlif rayonlarında, ucqar kəndlərində və Bakı şəhərində yaşayan şəhid ailələlərinin qonağı olmaqla onlara canlarını Vətən yolunda fəda edən məzunlarımızın həyat yolunu özündə əks etdirən xatirə çərçivəsi, planşet, həmçinin içərisində 2 sənədli film olan yaddaş kartından ibarət hədiyyə paketini təqdim edib.
Qeyd edək ki, ASAPES Multimedia Mərkəzi Akademiyanın 44 günlük Vətən Müharibəsində şəhid olan 14 məzununun xatirəsini əbədiləşdirmək məqsədilə 1 ümumi və 14 silsilə sənədli filmi hazırlayaraq ərsəyə gətirib.
Sənədli filmi Akademiyanın rəsmi Yutub kanalından izləyə bilərsiniz: https://youtu.be/tN8DzRKts5k