Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Dünya çempionatında qızıl medal qazanan tələbələrimiz təltif edilib

İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə 20 yaşadək gənclər arasında dünya çempionatının iştirakçıları olan tələbələrimiz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli qızıl medal qazanmaqla idman tariximizdə yeni parlaq səhifə yazıblar.

Bu münasibətlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rektoru Fuad Hacıyevin iştirakı ilə keçirilən tədbirdə Akademiyamızın 3-cü kurs tələbəsi Gövhər Beydullayeva və 4-cü kurs tələbəsi Abdulla Qədimbəylinin ünvanına təbriklər səsləndirilib, qazanılan tarixi uğurun önəmi diqqətə çatdırılıb.

Hər iki tələbəmizə Akademiya adından plaketlər və digər qiymətli hədiyyələr təqdim edilib.

#ASAPES #İdmanAkademiyası #Şahmat #Tələbə #Student #İdman #Sport

Xəbərlər