Beynəlxalq proqramlar
Profesional İnkişaf Proqramı
Bu proqram ADBTİA müəllim heyətinə tərəfdaş universitetlərdə professional inkişaf proqramlarında iştirak etmək üçün şərait yaradır. Proqramların tərtib edilmə məqsədləri daha çox müəllim heyətinin professional inkişaf ehtiyacından yaranmış və Akademik Müddətdən və proqramın kontentində irəli gələrək tərəfdaş universitetlərin müəllim və işçi heyəti ilə birlikdə tərtib olunmuşdur.
Erasmus+
Erasmus + AB-inin təhsil, təlim, gənclər və idman proqramlarının Avropada təşkil olunmasına dəstək olan bir proqramdır. Bu proqram , tələbə və işçi heyətinə mübadilə proqramlarında iştirakını təmin edir. ADBTİA bu proqram çərçivəsində Avropanın Estoniyanın Tartu və Çexiyanın Masarik kimi aparıcı Universitetləri ilə beynəlxalq əlaqələr qurulmasına başlamısdır.
Ali Proqramların İnkişafı Üzrə Tərəfdaşlar
ADBTİA-nın hədəfi beynəlxalq standartlara uyğun ali təhsil verməkdir. Bunu nəzərə alaraq, biz, aktiv şəkildə qonşu və avropa ölkələrinin universitetləri ilə daim tərəfdaşlığın qurulması üçün əlimizdən gələni edirik. Hal-hazırda üç Magistr pilləsi üzrə proqramlar tərəfdaş universitetlərlə yaradılmışdır. Bizim İdman Menecmenti və Jurnalistikası Magistr proqramı Birləşmiş Krallığın idman sahəsində ən dinamik universitetlərindən sayılan Şefeld Hallam Universieti ilə birlikdə tərtib olunmuşdur. London Kollec Universitet və Qlaskov Universiteti ilə birlikdə isə İdman tibbi və Reabilitasiyası Magistr proqramı tərtib olunmuşdur. Bu proqram xüsusi iləreabilitasiya və ya idman tibbi və reabilitasiyası sahəsində işləyən həkimlər üçün nəzərdə tutulmuşdur.