Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Necə müraciət etməli

SIA-CAS-1920x1080

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təhsil almaq istəyən əcnəbi tələbələr öz ölkələrindən birbaşa https://portal.edu.az/ patfotması vasitəsilə müraciət etməlidirlər. Bunun üçün platformada qeydiyyatdan keçməli və zəruri sənədləri sistemə yükləməlidirlər. Müraciətlə bağlı hər
hansı sualınız yarandığı halda universitetin Beynəlxalq əməkdaşlıq şöbəsi ilə ( international@sport.edu.az ) əlaqə saxlaya bilərsiniz.

Bakalavr pilləsinə qəbul şərtləri

Dil biliyi tələbləri:

Tərtib olunan Proqramın dilindən asılı olaraq, əcnəbi vətəndaşlar Azərbaycan, rus və ya ingilis dil biliklərini nümayiş  etməlidirlər. Bu təsdiq aşağıdakı formalardan biri üzrə ola bilər:

  • İxtisasın tədris dili üzrə ən azı bir tədris ili (əyani) təhsil aldığını təsdiq edən sənəd;
  • ADBTİA-nın təşkil etdiyi dil imtahanından müvəffəq nəticə;
  • Dil biliyi yetərincə olmayan  əcnəbi tələbələr Akademiyada təhsil almaları üçün 2 semestr Hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq kursu ödənişli proqramdır.

Tələblər:

  • Müraciətçinin seçdiyi ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə;
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Etibarlı sərhədkeçmə sənədi;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Magistratura pilləsinə qəbul şərtləri

Dil biliyi tələbləri

Tərtib olunan Proqramın dilindən asılı olaraq, əcnəbi vətəndaşlar Azərbaycan, rus və ya ingilis dil biliklərini nümayiş  etməlidirlər. Bu təsdiq aşağıdakı formalardan biri üzrə ola bilər:

  • Ixtisasın tədris dili üzrə ən azı bir tədris ili (əyani) təhsil aldığını təsdiq edən sənəd;
  • ADBTİA-nın təşkil etdiyi dil imtahanından müvəffəq nəticə;
  • İngilis dil biliyi tələbləri - TOEFL (ən azı 82 İBT),  IELTS (akademik minimum 6.5) imtahan nəticələri. IELTS imtahan nəticələri 6.5-dən az, amma 5-dən çox olan, TOEFL ingilis dilinə yiyələnən imtahan nəticəsi 82-dən az, amma 60-dan çox olan tələbələr yay ayları ərzində  ADBTİA-nın təşkil etdiyi  intensiv dil kurslarında müvəffəq nəticələr göstərməlidirlər. Bu dil kursu ödənişlidir.
  • Dil biliyi yetərincə olmayan  əcnəbi tələbələr Akademiyada təhsil almaları üçün 2 semestr dil kurslarına cəlb olunacaqlar. Dil kursları ödənişli proqramdır.

Tələblər:

  • Müraciətçinin seçcdiyi ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə;
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) tanınması haqqında şəhadətnamə (nostrifikasiya);
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Etibarlı sərhədkeçmə sənədi;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Xarici dildə olan bütün lazımi sənədlər rəsmi tərcümə xidməti tərəfindən ingilis dilinə tərcümə olunmalı və notarius təsdiqi olmalıdır.

 

Son müraciət tarixi – 25 avqust 2022