ADBTİA-nın Beynəlxalq Əlaqələr Ofisinə Xoş Gəlmişsiniz!
Beynəlxalq Əlaqələr ofisı Akademiyanın beynəlxalq əlaqələrinin təşkil və tərtib olunması üçün məsuliyyət daşıyır. Biz Beynəlxalq əməkdaşlarımızla əlaqələr qurur, koordinasiya və digər mümkün məsələləri icra edirik. Bununla yanaşı, biz tələbələrin mübadilə proqramlarında iştirakı, təqaüdlərin ayrılması və Akademiyanı beynəlxalq forumlarda təmsil olunması ilə bağlı məsələləri də öz üzərimizə götürürük.
Qarşıya qoyulan məqsədlər
- Akademiyanın Tədris planının beynəlxalq səviyyədə əlaqələndirmə işlərinin aparılması,
- ADBTİA-nın xaricdə, beynəlxalq təhsil proqramlarında iştirak edən tələbələrinin sayının artırılması;
- Beynəlxalq tələbələrin ADBTİA-da təlim tədris prosesinə cəlb olunması, bu tələbələrin sayının artırılması,
- Azərbaycanda ali təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması ilə əlaqədar olaraq bu istiqamətdə yeni beynalxalq əməkdaşlıqların qurulması;
- Müəllim və İşçi heyətə beynəlxalq əməkdaşlıqların qurulmasında lazımi dəstəyin göstərilməsi,
- Beynəlxalq tələbələrə və dəvət olunmuş professor heyətinə dəstək