Mentorluq proqramı
Hörmətli Məzunlar,
Sizi Məzun Mentor Proqramına dəvət edirik!
Mentor proqramının əsas məqsədi tələbələrimizin peşəkar həyata keçidini asanlaşdırmaqdır. Bu yeni platforma sayəsində təcrübə və fikirlərinizi ASAPES tələbələri ilə paylaşa və onlara istiqamət verə bilərsiniz. “Kaş bunu tələbə olanda bilsəydim”, - dediyiniz sözləri tələbələrimizə çatdırmaqla onların karyeralarına bir addım öndə başlamalarına kömək edə bilərsiniz. Bu proqramın bir hissəsi olaraq öz təcrübənizi çətin və rəqabətli şəraitdə karyeralarında ilk addımlarını atacaq, onları hədəflərinə doğru istiqamətləndirəcək gənc tələbələrə ötürə bilərsiniz.
Kim mentor ola bilər?
“Məşqçilik”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” sahələrində 2 ildən artıq iş təcrübəsinə sahib olan;
Peşəkar və ya akademik təcrübələrini akademiyanın tələbələri ilə bölüşmək istəyən;
Yeddi aylıq proqram çərçivəsində ayda orta hesabla 3-4 saat vaxt ayıra bilən bütün məzunlar bu proqramda iştirak edə bilər.
Kim menti ola bilər?
Məzunların təcrübələrindən yararlanaraq karyeralarını formalaşdırmaq istəyən ASAPES-in III və IV kurs tələbələri;
Yeddi aylıq proqram çərçivəsində ayda orta hesabla 3-4 saat ayıra bilən, kriteriyalara cavab verən tələbələr iştirak edə bilər.
Mentor məzundan və menti tələbədən gözləntilər:
Ayda 3-4 saat vaxt ayırmaq;
Qiymətləndirmə formalarını dolduraraq rəy bildirmək;
Aktiv dinləmək və məsuliyyətli olmaq;
Mentor-menti ünsiyyətində problem yaranarsa, semestrin sonunu gözləmədən dərhal Karyera Mərkəzinin mütəxəssisinə məlumat vermək.
Niyə qoşulmalıyam?
Bu proqram vasitəsilə həyata keçirilən bütün fəaliyyətlər Akademiya tələbələrinin karyera uğurlarının artırılmasına yönəlib. Məzunlarımız bu proqram sayəsində tələbələrimizin uğurlarına töhfə verməklə ASAPES məzunlarının iş dünyasında dəyərinin və keyfiyyətinin artmasına dəstək olurlar. Bununla yanaşı, Mentorluq proqramının iştirakçıları olaraq mentorlar və mentilər daha geniş, peşəkar şəbəkəyə malik olurlar.
Proqram şərtlərinə uyğun olan namizədlərlə müsahibəyə dəvət üçün əlaqə saxlanılacaq. Müsahibə mərhələsindən uğurla keçən namizədlər proqramın iştirakçısı olaraq fəaliyyətə başlayacaqlar.