Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Məzun müraciət

Dəyərli məzun,

Karyera Mərkəzi olaraq əmək bazarında tutduğunuz mövqeyinizə yönəlik bir araşdırma aparırıq. Araşdırmanın nəticələrinə əsasən, sizin karyera ehtiyaclarınızı müəyyən etməyi və sizə təklif edəcəyimiz xidmətləri formalaşdırmağı hədəfləyirik.

Orta hesabla 5-10 dəqiqə ayıraraq bu prosesə töhfə verə bilərsiniz.

Dəstəyiniz üçün təşəkkür edirik!

 

Məzun Müraciət sistemi nədir?

Məzun Müraciət Sistemi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  məzunlarının işə qəbulunu asanlaşdırmaq məqsədi daşıyan, məzunların təqibi və işə yerləşdirmə proseslərini təşkil edən, tələbələrimizin və məzunlarımızın karyera inkişaflarını izləyən proqramdır.

 

Niyə Məzunların Müraciət Sistemindən istifadə etməliyik?

Məzunların Müraciət Sistemi; məzunlarımızla işəgötürənlər arasında körpü rolunu oynayırlar. Sistemdə qeydiyyatdan keçməklə, cari iş və təcrübə imkanlarından yararlana, həmçinin karyera inkişafınıza dəstək olacaq tədbirlərdən xəbərdar ola bilərsiniz.

 

MÜRACİƏT ET