Azerbaijan State Academy of Physical Education and Sport

Karyera məsələləri

Karyera məsləhəti – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən tələbə və məzunlar üçün nəzərdə tutulan xidmətdir. Bu xidmətdən Akademiyanın bütün tələbə və məzunları yararlana bilər. Tələbələr üzbəüz və ya onlayn konsultasiya xidməti ala bilərlər.

Bununla yanaşı, ASAPES Karyera Mərkəzinin Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı ilə əməkdaşlığı çərçivəsində tələbələr üçün ayda 1 dəfə “Ekspress karyera konsultasiya xidməti” təşkil edilir. Konsultasiya xidmətindən yararlanmaq üçün tələbələr əvvəlcədən qeydiyyatdan keçməlidirlər.

Karyera məsləhəti zamanı mütəxəssislər tərəfindən tələbə və məzunlara karyeralarında növbəti addımları müəyyən etmək, əmək bazarını araşdırmaq, iş axtarışı metodlarını bilmək və iş müsahibəsinə hazırlaşmaq kimi mövzularda köməklik göstərilir.