Rezume hazırlığı üzrə təlimat
Rezumenin əsas məqsədi işə götürənin marağını oyatmaq və namizədin müsahibəyə dəvət almasıdır. Ona görə də hər bir rezumenin müraciət olunan vakansiyaya uyğunlaşdırılması məsləhət görülür.
Şəxsi məlumatlar
Rezumenizi açan şəxs ilk növbədə şəxsi məlumatlar bölməsinə baxır və Sizin barənizdə ilk təəsürat oradan yaranır.
Lazımdır: email ünvanı, nömrə, yaşayış adresi kifayyət edər.
Email ünvanını qeyd edəndə diqqətli olun, çünki ünvanın adı ciddi və rəqəmsiz olmalıdır. Misal üçün tofig1995@bk.ru ünvanındansa tofigrasulov@gmail.com ünvanı daha peşəkar görsənir.
Lazım deyil: milliyətiniz, dini mənsubiyyətiniz, cinsiyyətiniz. Doğum tarixinə gəldikdə isə biz şəxsən onu qeyd etməyi tövsiyyə etmirik, lakin istəsəniz edə bilərsiniz.
Şəkil: Ümumən şəkil qoymağı məsləhət görmürük, lakin əgər qoymaq istəyirsinizsə onda peşəkar şəkil qoyun. Bu selfie və yaxud toydan çəkilmiş bir şəkil olmalı deyil. Rezume üçün foto-studioya gedib peşəkar şəkil çəkdirməyi məsləhət görürük.
Misal üçün:
Tofiq Rəsulov
+994 55 765 34 56 |
|
Bakı şəhəri, Azərbaycan |
İsmayıl Qəribov, 62, ev 24 |
Əsas bacarıqlar
Burada müraciət etdiyiniz vakansiyaya uyğun olan bacarıqlarınızı qeyd etmək lazımdır. Burada ümumi, hər kəsin qeyd edə biləcəyi xüsusiyyətləri yox, spesifik və individual olanları qeyd etməyi tövsiyə edirik.
Məsələn:
könüllülərin idarəçiliyi |
effektiv yazı qabiliyyəti |
sosial media idarəçiliyi |
yaradıcı düşüncə |
layihə idarəçiliyi |
təqdimat hazırlama bacarığı |
VACİB QEYD: bütün tarixi ardıcıllıq olan hissələrdə (iş, təhsil, təlim və tədbirlər, könüllü iş) son olan birinci gəlir. Misal üçün universitet təhsili məktəb təhsilindən əvvəl gəlir, magistr təhsili isə bakalavr təhsilindən əvvəl.
İş təcrübəsi
Lazımdır: Şirkətin adı, vəzifəniz, işlədiyiniz müddət və gördüyünüz öhdəlikləri qeyd etmək lazımdır.
Lazım deyil: Aldığınız maaş, ayrılma səbəbi
Rəqəmlər və nailiyyətlər: rezumedə gördüyünüz işləri daha da anlaşılan etmək üçün ora rəqəmlər əlavə edin.Misal üçün: normal izah - satışın idarəedilməsi, yaxşı izah – satışın idarəedilməsi (30% artım).
Ümumi misal:
Cross&Gym Funksional İdman Zalı May – Dekabr 2018
Məşqçi-Konsultant
- İndividual proqramların hazırlanması (100-dən çox müştəri)
- Müştərilərin proqressinin ölçülməsi
- Müştəri məmnuniyyətinə nəzarət proqramının tətbiqi (90%-dən çox müştəri məmnuniyyəti)
- Zalın ümumi idarəçiliyinə nəzarət
Təhsil
Lazımdır: Universitet (məktəb), dərəcə (magistr, bakalavr ya doktorantura), ixtisas, oxuduğunuz müddət, müraciət etdiyiniz vakansiyaya uyğun dərslər.
Lazım deyil: oxuduğunuz baxça. Əgər oxuduğunuz orta məktəb xüsusi bir yer deyilsə (məşhur bir məktəb ya litsey) onda onu qeyd etmək o qədər də önəmli deyil.
Dərslər və araşdırmalar (kurs işləri): müraciət etdiyiniz vakansiyaya uyğun dərsləri və araşdırmaları qeyd etmək yaxşı fikirdir. Təcrübəniz olmadığı təqdirdə bu məqamlar sizin bu sahədə olan biliyinizin göstəricisi ola bilər.
Misal üçün:
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2018 - Davam edir
İdman Jurnalistikası, Bakalavr dərəcəsi
Götürülən dərslər:
Jurnalistikanın əsasları, Natiqlik, Yazı mədəniyyəti, Digital media və marketinqin əsasları
Könüllü təcrübə
Lazımdır: çalışdığınız layihə və ya təşkilat, sizin vəzifə, müddət və gördüyünüz işlər.
Misal üçün:
ADBTİA, Tələbə Gənclər Təşkilatı Sentyabr 2018 – Davam edir
Layihələr üzrə koordinator
- Layihələrin yazılması (5 layihə)
- Könüllü komandanın yığılması və idarəçiliyi (30 könüllü)
- Layihələrin hesabatların hazırlanması
Təlim və tədbirlər
Lazımdır: Təlim (tədbir), keçirən qurum, ölkə, şəhər. Bu hissədə də ən son iştirak etdiyiniz təlim (tədbir) ilk olaraq qeyd olunmalıdır.
Misal üçün:
Könüllülərin Qış Düşərgəsi, ATGTİ, Bakı, Azərbaycan 23-28 Yanvar 2018
Rezume hazırlığı seminarı, ADBTİA, Bakı, Azərbaycan 19 Noyabr 2017
Dil və kompyuter bacarıqları
Hal-hazırda ən vacib hissələrdən birisi Sizin dil bacarıqlarınız və kompyuter biliklərinizdir. Ona görə bu hissəyə xüsusi diqqət yetirmək lazımdır. Ən yaxşı bildiyiniz dil birinci gəlməlidir və ardıcıllıq elə davam etməlidir. Əgər biliyinizi təsdiq edən sertifikat varsa, onu qeyd edə bilərsiniz (misal üçün, yaza bilərsiniz ki, İngilis dili çox yaxşı (IELTS 6.5).
Misal üçün:
Azərbaycan dili – ana dili, Rus – çox yaxşı, İngilis – yaxşı (IELTS 6.0), Ərəb – başlanğıc
Maraqlar
Lazımdır: xüsusi, spesifik, Sizi fərqləndirəcək maraqları qeyd etmək.
Misal üçün:
Alpinizm, bloqçuluq, yapon ədəbiyyatı, şer yazmaq
Lazım deyil: şablon və ümumi maraqlar qeyd etmək.
Misal üçün - kitab oxumaq, musiqiyə qulaq asmaq, dostlarla görüşmək.
Dizayn və format
Akademiyanın istifadə etdiyi rezume şablonunu buradan yükləyə bilərsiniz. Unutmayaq ki, rezumenin uzunluğu 2 səhifədən çox olmamalıdır.