Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Xarici vətəndaşlar üçün

Bakalavr


Əcnəbi vətəndaşlar www.portal.edu.az internet səhifəsindən müraciət edə bilərlər. Əgər tələbə lazımi göstəricilərə cavab verərsə, o zaman ADBTİA-nın Müsahibə komissiyası tərəfindən onlayn müsahibəyə dəvət olunacaq. 

Bakalavr səviyyəsi üzrə ixtisaslar (Azərbaycan və rus dillərində)

Dil biliyi tələbləri

Tərtib olunan Proqramın dilindən asılı olaraq, əcnəbi vətəndaşlar Azərbaycan, rus və ya ingilis dil biliklərini nümayiş  etməlidirlər. Bu təsdiq aşağıdakı formalardan biri üzrə ola bilər:

  • İxtisasın tədris dili üzrə ən azı bir tədris ili (əyani) təhsil aldığını təsdiq edən sənəd;
  • ADBTİA-nın təşkil etdiyi dil imtahanından müvəffəq nəticə;
  • Dil biliyi yetərincə olmayan  əcnəbi tələbələr Akademiyada təhsil almaları üçün 2 semestr Hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq kursu ödənişli proqramdır.

Tələblər:

  • Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş əsli;
  • Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
  • Etibarlı sərhədkeçmə sənədi;
  • Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

Qəbul prosesi:

  1. www.portal.edu.az internet səhfəsi vasitəsi ilə müraciət.
  2. Müraciətiniz təhlil edildikdən sonra sizə müsahibə mərhələsinə dəvət barədə elektron məktub gələcək.
  3. Müsahibə zamanı ADBTİA-nın qəbul komissiyası tərəfindən sizə müxtəlif suallar veriləcək.
  4. Müsahibə mərhələsini keçdikdən sonra ADBTİA-nın Beynəlxalq əlaqələr şöbəsi sənədləşmə, viza, ödəniş, yerləşdirmə və s. ilə bağlı işə başlamaq üçün sizinlə əlaqə saxlayacaq.

Müraciətin son tarixi: 25 avqust 2023-cü il

Ətraflı məlumat üçün: Beynəlxalq əlaqələr şöbəsinin əlaqə nömrəsi: +994125640902

international@sport.edu.az

Qısa keçidlər:

Təhsil haqqı və təqaüd proqramları

Akademik terminologiya

Viza

Yaşayış

Akademiyanın infrastrukturu

 

APPLY NOW