Heydər Əliyev Mərkəzi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi innovasiyalar mərkəzinin nəzdində Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz Heydər Əliyevin xatirəsini əbədilləşdirmək məqsədilə Akademiyada təmir-bərpa işlərindən sonra 2016-cı ildə yaradılmışdır.
Müstəqil dövlətimizin memarı ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mərkəz 4 ədəd kompüter, monoblok, monitor, iri faylların izlənməsi üçün xüsusi projektorla təchiz edilmişdir. Dahi rəhbərimiz haqqında yazılan, onun şərəfli ömür yolundan bəhs edən Azərbaycan, rus, ingilis dilində nəşr edilən kitablardan ibarət olan güşə xüsusilə diqqəti cəlb edir. Burada həmçinin ulu öndərimizin diplomları, tərifnamələrindən ibarət stend tələbələrin və muzey istifadəçilərin marağına səbəb olur. Bu stenddə Heydər Əliyevin məktəbi “əla” qiymətlərlə, Azərbaycan Dövlət Universititinin tarix fakültəsini “əla” qiymətlərlə bitirməsinə dair sənədlər, o cümlədən Bakı Dövlət Universitetinin fəxri doktoru və Ankara Universitetinin fəxri doktoru adına layiq görüldüyü sənədlər ötən illərin yadigarı kimi böyük maraq doğurur.
Muzeydəki bəzi kitablar və sənədlər Heydər Əliyev Fondu tərəfindən təqdim olunmuşdur.
Burada həm də Ulu öndərdən bəhs edən audio-video disklər də yer almaqdadır. Bütün bunlar Ümummilli liderimizin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır.
Muzeyin zənginləşdirilməsi üçün müxtəlif nəşrlərin alınması və yeni nəşrlərin muzeyə əlavə edilməsi həmişə aktualdır. Muzeyə giriş sərbəstdir, tələbələr tez-tez muzeyi ziyarət edirlər, burada müxtəlif tədbirlər və layihələr həyata keçirilir, dəyirmi masalarda müzakirələr aparılır, sərgilər təşkil edilir.
Muzeyin yaradılması tələbələrin və tədqiqatçıların Heydər Əliyev məktəbini dərindən dərk edə bilməsi, ümummilli liderin irsinin öyrənməsi, azərbaycançılıq ənənələri ruhunda tərbiyə olunması kimi vacib missiyanı həyata keçirir.